Ozan Tufanın transferi rəsmiləşdi
Transfer

Ozan Tufanın transferi rəsmiləşdi

  • 2022-07-02

Türkiyə millisinin üzvü Ozan Tufanın "Hall Siti"yə keçidi rəsmiləşib.

Klubun saytına istinadən, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, O.Tufan müqavilə ilə "Fənərbaxça"ya məxsus idi.

Xatırladaq ki, Çempionşip təmsilçisinin sahibi "TV8" kanalının rəhbəri Acun Ilıcalıdır.