Tolisso sabiq klubuna qayıtdı
Transfer

Tolisso sabiq klubuna qayıtdı

  • 2022-07-01

Ötən mövsümün sonunda "Bavariya"dan ayrılan Korenten Tolissonun yeni klubu müəyyənləşib.

Almaniya mətbuatına istinadən, fransalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.

28 yaşlı futbolçu bu gün "Lion"da tibbi baxışdan uğurla keçib. Onunla sabah 5 illik müqavilə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, "Lion"un yetirməsi olan Tolisso 2013-2017-ci illərdə də bu komandada çıxış edib.