Neymar "Milan"ın hədəfində
Transfer

Neymar "Milan"ın hədəfində

  • 2022-07-01

"Milan" "PSJ"nin hücumçusu Neymarı heyətinə qatmaq istəyir.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. "Milan" 30 yaşlı hücumçu üçün Paris təmsilçisinə təklif göndərməyə hazırlaşır.Klub hesab edir ki, belə bir transfer "Milan"ın yenidən yüksək səviyyəyə qayıtması ilə bağlı dünya futboluna mesaj olacaq.

"Milan"ın Neymarın bütün maaşını ödəmək imkanı yoxdur. Lakin İtaliya klubu transfer etmək üçün "PSJ"nin güzəştə getməsini gözləyir. "Milan" braziliyalıya ildə 15-20 milyon avro ödəyə biləcəklərinə inanır.

Qeyd edək ki, Neymar ötən mövsüm "PSJ"nin heyətində bütün turnirlərdə 28 oyunda 13 qol vurub və 8 qolun ötürməsini verib.