"PSJ"dən yeni transfer - Rəsmi
Transfer

"PSJ"dən yeni transfer - Rəsmi

  • 2022-07-01

"PSJ" heyətini yeni oyunçu ilə gücləndirib.

Klubun rəsmi saytına istinadən, Paris təmsilçisi "Portu"dan Vitinyanı transfer edib. 

22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, "Portu"nun yetirməsi olan Vitinya ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.