"Çelsi" Rafinyanı alır
Transfer

"Çelsi" Rafinyanı alır

  • 2022-06-30

"Çelsi" heyətinə yeni futbolçu qatmağa yaxındır.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Klub "Lids Yunayted"lə Rafinya Diazın transferi üçün razılığa gəlib. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 60 milyon sterlinq ödəyəcəklər. Bildirilir ki, "Çelsi"  25 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilədək müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafinya ötən mövsüm Premyer Liqada 35 oyunda 11 qol vurub və 3 qolun ötürməsini verib.