Romelu Lukaku "İnter"də - Rəsmi
Transfer

Romelu Lukaku "İnter"də - Rəsmi

  • 2022-06-30

"Çelsi"nin futbolçusu Romelu Lukaku karyerasını "İnter"də davam etdirəcək.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Zadəganlar" 29 yaşlı hücumçunu 1 illik A seriyası klubuna icarəyə verib.

"Çelsi" bu keçidə görə 8 milyon avro qazanacaq. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.

Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə də "İnter"də oynayıb. O, keçən yay 115 milyon avroya "Çelsi"yə satılıb.