"İnter" Ronaldonu rədd etdi
Transfer

"İnter" Ronaldonu rədd etdi

  • 2022-06-29

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo "İnter"ə keçmək istədiyini Milan klubuna bildirib.

Bu barədə "La Repubblica" məlumat yayıb. 37 yaşlı hücumçu öz menecerləri vasitəsi ilə "İnter"ə xidmətlərini təklif edib. "İnter" forvardın təklifini rədd edib. Çünki klub ona "Mançester Yunayted"də aldığı, təxminən illik 20 milyon avro əməkhaqqını ödəməyə hazır deyil. Həmçinin "İnter"in qərarına Romelu Lukakunun tezliklə kluba qayıdacaq olması da təsir edib.

İndi İtaliya təmsilçisi "Yuventus"un digər keçmiş hücumçusu Paulo Dibala ilə müqavilə imzalamağı hədəfləyir .

Qeyd edək ki, Ronaldo geridə qalan mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.