"Real"ın sabiq hücumçusu Türkiyə klubunda
Transfer

"Real"ın sabiq hücumçusu Türkiyə klubunda

  • 2022-06-29

Türkiyənin "Ankaragücü" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Superiqa təmsilçisi "Real" və "PSJ"nin sabiq hücumçusu Xese Rodriqesi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Real"ının yetirməsi olan Xese bu komandada 5 il çıxış edib. İspan futbolçunun sonuncu komandası "Las Palmas" olub.