Fernandinyonun yeni klubu müəyyənləşdi
Transfer

Fernandinyonun yeni klubu müəyyənləşdi

  • 2022-06-28

"Mançester Siti" ilə müqaviləsi başa çatan Fernandinyo "Atletiko Paranaense"yə azad agent kimi keçib. 

Bu barədə Braziliya klubunun saytı məlumat yayıb. 37 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu karyerasını bitirmək arzusunda olduğu doğma klubuna qayıdıb.

Qeyd edəl ki, Fernandinyo "Atletiko Paranaense"nin yetirməsidir.