"Arsenal" qapıçı transfer etdi - Rəsmi
Transfer

"Arsenal" qapıçı transfer etdi - Rəsmi

  • 2022-06-28

"Arsenal" heyətinə yeni futbolçu qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. London təmsilçisi "Nyu İngeland Revoluşn"dan qapıçı Matt Törneri transfer edib. 28 yaşlı amerikalı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, komandada 30 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, qapıçı 2021-ci ilin fevralında ABŞ millisində debüt edib. O, yığmada 18 oyun keçirib.