Di Mariya "Yuventus"da
- 2022-06-28
"PSJ"dən ayrılan Anhel di Mariya karyerasını "Yuventus"da davam etdirəcək.
Bu barədə "goal.com" məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi Turin təmsilçisinin bir illik təklifini qəbul edib. İndi tərəflər son detalları həll edirlər.
Futbolçu DÇ-2022-nin oynamaq üçün bir mövsümü Avropada keçirib, daha sonra vətəni Argentinaya qayıtmaq istəyirdi.
Qeyd edək ki, Di Mariya geridə qalan mövsüm "PSJ"də 31 oyunda 5 qol vurub və 8 qolun ötürməsini verib.