Ronaldo "Mançester Yunayted"də qalır
Transfer

Ronaldo "Mançester Yunayted"də qalır

  • 2022-06-25

Kriştiano Ronaldo yeni mövsümü "Mançester Yunayted"də keçirəcək.

Bu barədə "Sky Sports" telekanalı məlumat yayıb. 37 yaşlı futbolçunun "Bavariya"ya keçəcəyinə dair xəbərlərin həqiqətəuyğun olmadığı da bildirilib.

Məlumata görə, bu günlərdə portuqaliyalı hücumçu "Mançester Yunayted"in düşərgəsinə qayıdaraq yeni mövsümün hazırlığına başlayacaq. Qeyd edilir ki, onun yeni baş məşqçi Erik ter Haqın transfer siyasətindən narazı olması barədə xəbərlər şişirdilib.