"Mançester Siti" "Arsenal"la razılaşdı
Transfer

"Mançester Siti" "Arsenal"la razılaşdı

  • 2022-06-25

"Mançester Siti"nin futbolçusu Qabriel Jesus klubu tərk etməyə yaxındır.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. "Arsenal" transferlə bağlı "şəhərlilər"lə şifahi razılığa gəlib. "Topçular" keçidə 45 milyon sterlinq ödəməyə zəmanət verib. İndi London təmsilçisi braziliyalı futbolçunun menecerləri ilə danışıqlar aparır. Onun gələcək müqaviləsinin detalları müzakirə olunur.

Qeyd edək ki, Jesus geridə qalan mövsüm Premyer Liqada 28 oyunda 8 qol vurub.