Runi istefa verdi - Rəsmi
- 2022-06-25
"Derbi Kaunti"nin baş məşqçisi Ueyn Runi istefa verib.
Bu barədə klubun saytı məlumat yayıb. 36 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən kənarlaşdırılmağı klub rəhbərliyindən istəyib.
Qeyd edək ki, Runi 2020-ci ilin noyabrında "Derbi Kaunti"ni çalışdırırdı. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipi tərk edib.
Xatırladaq ki, 2021/2022 mövsümündə "Derbi Kaunti"də ciddi maliyyə problemləri yaşanıb.