Cenk Tosunun yeni klubu
Transfer

Cenk Tosunun yeni klubu

  • 2022-06-24

Türkiyə millisinin üzvü Cenk Tosun yenidən ölkəsinə qayıdıb.

"NTV Spor"a istinadən, 31 yaşlı hücumçu karyerasını "Beşiktaş"da davam etdirəcək.

"Everton"dan ayrılan futbolçu İstanbul klubuna azad agent statusu ilə keçəcək. Onun gələn həftə "Beşiktaş"la 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2014-2018-ci illərdə "Beşiktaş"da çıxış edən Cenk Tosun ötən il də qısa müddət bu klubda icarə əsasında oynayıb.