Dembele qərarını dəyişdi
Transfer

Dembele qərarını dəyişdi

  • 2022-06-23

"Barselona"nın futbolçusu Usman Dembele klubu ilə müqaviləsini uzatmağa yaxındır. 

Bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki, fransalı oyunçu dekabrdan bəri rədd etdiyi təklifləri qəbul etməyə qərar verib. Futbolçu artıq klubun baş məşqçisi Xaviyə zəng edərək prezident Joan Laporta ilə danışıqlar aparmağı xahiş edib.

İspan mütəxəssis "Barselona"nın Dembeleyə yeni təklif etməyəcəyini söyləyib. Futbol bunu nəzərə alaraq klubda qalmaq istəsə, əvvəllər təklif olunan şərtləri qəbul etməli olacaq.

Qeyd edək ki, Dembele ötən mövsüm La Liqada 20 matçda 1 qol vurub, 13 qolun ötürməsini verib.