Sadio Mane "Bavariya"da - Rəsmi
Transfer

Sadio Mane "Bavariya"da - Rəsmi

  • 2022-06-23

"Bavariya" "Liverpul"un futbolçusu Sadio Manenin transferini açıqlayıb.

Klubun rəsmi saytına istinadən, seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Almaniya mətbuatı "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağını yazıb.

Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edirdi. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.