"Arsenal"dan yeni transfer - Rəsmi
Transfer

"Arsenal"dan yeni transfer - Rəsmi

  • 2022-06-22

"Arsenal" "Portu"nun futbolçusu Fabio Vyeranın keçidini həll edib.

London klubu 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

"Topçular" bu transfer üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. Daha 5 milyon avro isə bonuslar şəklində veriləcək.

Qeyd edək ki, ötən mövsüm yarımmüdafiəçi Portuqaliya çempionatında 27 matçda 6 qol vurub və 14 qolun ötürməsini verib.