"Mançester Yunayted"in yeni transfer hədəfi
Transfer

"Mançester Yunayted"in yeni transfer hədəfi

  • 2022-06-21

"Hoffenhaym"ın müdafiəçisi David Raum karyerasını İngiltərədə davam etdirə bilər.

Britaniya mətbuatına istinadən, "Mançester Yunayted" Almaniya millisinin oyunçunu transfer etmək istəyir .

Bu transferlə bağlı danışıqların artıq başladığı vurğulanıb. Lakin razılaşma hələ yoxdur. Tərəflərin 30-35 milyon avroya razılaşa biləcəyi iddia edilir.

Qeyd edək ki, D.Raum ötən mövsüm Bundesliqada 32 oyuna çıxıb, 11 qolun ötürməsini verib.