"Liverpul"dan yeni transfer - Rəsmi
Transfer

"Liverpul"dan yeni transfer - Rəsmi

  • 2022-06-20

"Liverpul" "Aberdin"in futbolçusu Kalvin Remsini transferini açıqlayıb.

Klubun rəsmi saytına istinadən, 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

"Liverpul" Şotlandiya təmsilçisinə 6,5 milyon funt-sterlinq təzminat ödəyəcək.  

Qeyd edək ki, şotlandiyalı futbolçu ötən mövsüm "Aberdin"in heyətində 33 oyuna çıxıb, 1 qol vurub və 9 qolun ötürməsini verib.