"Mançester Yunayted"dən Eriksenə təklif
Transfer

"Mançester Yunayted"dən Eriksenə təklif

  • 2022-06-19

"Mançester Yunayted"  "Brentford"un futbolçusu Kristian Eriksenə təklif göndərib.

"Daily Mirror"a istinadən, klub danimarkalı yarımmüdafiçiyə 1+1 illik müqavilə təklif edib. Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Brentford"da çıxış edir. O, komandanın heyətində 10 oyunda 1 qol vurub, 3 qolun ötürməsini verib. Oyunçunun klubla müqaviləsi bu ayın sonu başa çatır.