Alveş "Barselona"dan ayrılacağını açıqladı
Transfer

Alveş "Barselona"dan ayrılacağını açıqladı

  • 2022-06-16

"Barselona"nın futbolçusu Dani Alveş bu ayın sonunda klubu tərk edəcək.

Bu barədə 39 yaşlı müdafiəçi özünün "İnstaqram" hesabında yazıb. Braziliyalı oyunçu klub rəhbərliyinin onunla 2022-ci il iyunun 30-da başa çatan müqaviləni uzatmaq istəmədiyini bildirib.

Qeyd edək ki, 2008-2016-cı illərdə Kataloniya təmsilçisində çıxış edən Alveş 2021-ci ilin noyabrında yenidən "Barselona"ya qayıtmışdı.