"Liverpul"un yeni transferi - Rəsmi
Transfer

"Liverpul"un yeni transferi - Rəsmi

  • 2022-06-15

"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer edib.

Klubun rəsmi saytına istinadən, uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı "Liverpul"un bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.