"Yuventus" Poqba transferinin son mərhələsindədir
Transfer

"Yuventus" Poqba transferinin son mərhələsindədir

  • 2022-06-13

"Mançester Yunayted"dən ayrılan Pol Poqba "Yuventus"a keçməyə bir addım da yaxınlaşıb.

Goal.com-da verilən xəbərdə Turin klubu 29 yaşlı yarımmüdafiəçinin geri qaytarılması üzərində işləri yekunlaşdırıb. “Yuventus” futbolçu ilə yaxında müqavilə imzalanacağına əmindir və hər hansı bir sürpriz gözləmir. 

Eyni zamanda keçidin iyul ayına yaxın elan olunacağı qeyd olunub. Poqba "Yuventus"da 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Poqba geridə qalan mövsüm Premyer Liqada 20 oyunda 1 qol vurub və 9 qolun ötürməsini verib.