"İnter" "PSJ"nin təklifini rədd etdi
Transfer

"İnter" "PSJ"nin təklifini rədd etdi

  • 2022-06-11

"PSJ" "İnter"in mərkəz müdafiəçisi Milan Skrinyarı heyətinə qatmaq istəyir.

Bu barədə "Footmercato" məlumat yayıb. Paris klubu 27 yaşlı slovakiyalı üçün 50 milyon avro təklif edib. Lakin "İnter" bunu rədd edib. "İnter" Şkrinyar üçün 80 milyon avro istəyir. 

Qeyd edək ki, müdafiəçinin "İnter" ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.