"Liverpul" uruqvaylı hücumçu ilə razılığa gəldi
Transfer

"Liverpul" uruqvaylı hücumçu ilə razılığa gəldi

  • 2022-06-10

"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer etməyə yaxındır. 

"The Athletic"ə istinadən, klub və uruqvaylı hücumçu şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. 

Mersisayd təmsilçisi futbolçunun transferi ilə bağlı "Benfika" ilə hələ razılaşa bilməyib. Portuqaliya klubu ümumilikdə təxminən 100 milyon avro istəyir. Klublar müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.