"Real" Modriçlə müqavilə imzaladı
Transfer

"Real" Modriçlə müqavilə imzaladı

  • 2022-06-08

"Real" futbolçusu Luka Modriçlə müqaviləni uzadıb. 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb. Lakin Madrid təmsilçisi sabah 36 yaşlı yarımmüdafiəçi ilə sözləşməni rəsmən elan edəcək. 

Xatırladaq ki, Modriç bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 45 oyunda 3 qol vurub və 12 qolun ötürməsini verib. O, 2012-ci ildən "kral klubu"nun formasını geyinir.