Di Mariya "Barselona"nın cavabını gözləyir
Transfer

Di Mariya "Barselona"nın cavabını gözləyir

  • 2022-06-07

Bu mövsüm başa çatdıqdan sonra "PSJ"dən ayrılan Anxel Di Mariya "Barselona"da oynamaq istəyir.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Bildirilib ki, argentinalı yarımmüdafiəçi mayda Kataloniya təmsilçisinə təklif edilib. Ancaq klub 34 yaşlı oyunçunun transferini hazırda prioritet seçim kimi düşünmür.

Bununla belə, Usman Dembelenin potensial gedişi və "Lids"dən Rafinya Diasın transferi ilə bağlı çətinliklər yaşansa, Di Mariya "Barselona"nın seçimi ola bilər.

"Yuventus" isə argentinalını transfer etmək istəyir. Ancaq oyunçu Kataloniya klubunun qərarını gözlədiyi üçün Turin təmsilçisinin təklifinə hələ cavab verməyib. 

Di Mariya "Barselona"da oynayacağına ümid edir.