Kolumbiyanın yeni baş məşqçisi - Rəsmi
Transfer

Kolumbiyanın yeni baş məşqçisi - Rəsmi

  • 2022-06-04

Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Federasiyanın saytına istinadən, yığmanı Nestor Lorenso çalışdıracaq.

Argentinalı mütəxəssislə dörd illik müqavilə imzalanıb. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda yer alıb.