"Bavariya"nın təklifini rədd etdi
- 2022-06-04
"Bavariya"nın futbolçusu Serj Qnabri klubun yeni müqavilə təklifini rədd edib.
Bu barədə "Bild" məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisi ilə müqaviləni yeniləmək istəməyib. Ona illik 19 milyon avroya qədər maaş təklif olunub. Lakin Qnabri bunu rədd edib. "Bavariya" rəhbərliyi təklifi təkmilləşdirmək fikrində deyil. Tərəflərin danışıqları davam etdirmək planları yoxdur.
Qnabrinin "Bavariya" ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Qeyd edək ki, Qnabri 2017-ci ildən "Bavariya"da oynayr. O, geridə qalan mövsüm bütün yarışlarda 45 oyunda 17 qol vurub və 7 qolun ötürməsini verib.