Dirk Küytün yeni iş yeri
Transfer

Dirk Küytün yeni iş yeri

  • 2022-06-03

Niderland millisinin sabiq hücumçusu Dirk Küyt ölkəsinin 2-ci liqa təmsilçisi "Den Haaq"ın baş məşqçisi təyin olunub.

Klubun saytına istinadən, mütəxəssislə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Küyt 2017-ci ildə "Kvik Boys" (Niderland) həvəskar klubunda baş məşqçi köməkçisi kimi çalışıb, 2018-2020-ci illərdə isə "Feyenoord U-19"un (Niderland) baş məşqçisi olub.