Daha bir nəfər "Mançester Yunayted"dən ayrıldı
Transfer

Daha bir nəfər "Mançester Yunayted"dən ayrıldı

  • 2022-06-02

"Mançester Yunayted" Cessi Linqardla yolları ayırıb.

Klubun saytına istinadən, 29 yaşlı yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqavilə yenilənməyib.

Qeyd edək ki, klubun yetirməsi olan C.Linqard 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasında 16 matçda meydana çıxıb və 2 qol vurub.

Xatırladaq ki, dünən Pol Poqbanın da "Mançester Yunayted"dən ayrıldığı açıqlanmışdı.