Qaret Beyl "Real"dan ayrıldı
Transfer

Qaret Beyl "Real"dan ayrıldı

  • 2022-06-02

Qaret Beyl "Real"dan ayrılıb.

Uels millisinin üzvü bu barədə öz İnstaqram hesabında bildirib.

33 yaşlı hücumçu paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən "Real"da çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.