Poqba "Mançester Yunayted"dən getdi - Rəsmi
Transfer

Poqba "Mançester Yunayted"dən getdi - Rəsmi

  • 2022-06-02

Pol Poqba "Mançester Yunayted"dən ayrılıb.

Klubun rəsmi saytına istinadən, fransalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb. Onun sabiq komandası "Yuventus"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, Pol Poqba 2009 - 2012-ci illərdə də "Mançester Yunayted"də çıxış edib. Sonra "Yuventus"a keçən 29 yaşlı futbolçu 2016-cı ildə İngiltərə klubuna qayıdıb.