"Real"ın yeni hücumçu hədəfi
Transfer

"Real"ın yeni hücumçu hədəfi

  • 2022-06-01

"Real" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, Madrid klubunun hücumçuya marağı "PSJ"nin futbolçusu Kilian Mbappenin "Real"a keçməkdən imtina etməsindən sonra daha da güclənib. Sterlinq İngiltərə millisinin Millətlər Liqasında iyunda keçiriləcək matçlarından sonra gələcəyi ilə bağlı qərar verəcəyini vurğulayıb.

27 yaşlı oyunçu ilə "Atletiko", "Bavariya", "Barselona" və "Çelsi" də maraqlanır.

Qeyd edək ki, Sterlinq ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 17 qol vurub və 9 qolun ötürməsini verib. Hücumçunun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.