Ançelotti zəng vurdu, "Real"a keçməyə razılaşdı
Transfer

Ançelotti zəng vurdu, "Real"a keçməyə razılaşdı

  • 2022-06-01

"Real" "Monako"nun futbolçusu Aurelien Tçaumeni transfer etməyə yaxındır.

Bu barədə "Marca" məlumat yayıb. Baş məşqçi Karlo Ançelotti 22 yaşlı yarımmüdafiəçini Madrid təmsilçisinə gəlməyə inandırmaq üçün ona şəxsən zəng vurub. Ançelotti Tçaumeniyə komandanın vacib oyunçusu ola biləcəyini və böyük gələcəyinin olduğunu söyləyib. Nəticədə futbolçu "kral klubu" ilə 5 illik müqaviləyə razılaşıb. 

Qeyd edək ki, Tçaumeni geridə qalan mövsümdə 35 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.