Perişiçin yeni klubu - Rəsmi
Transfer

Perişiçin yeni klubu - Rəsmi

  • 2022-06-01

"Tottenhem" İvan Perişiçin transferini açıqlayıb.

Klubun rəsmi saytına istinadən, Xorvatiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.

Son klubu İtaliya "İnter"i olan 33 yaşlı yarımmüdafiəçi "Tottenhem"ə azad agent statusu ilə keçib.

Qeyd edək ki, İvan Perişiç ötən mövsüm "İnter"də 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.