"Mançester Yunayted"in yeni transfer hədəfi
Transfer

"Mançester Yunayted"in yeni transfer hədəfi

  • 2022-05-31

"Mançester Yunayted" "Ayaks"ın müdafiəçisi Yurrien Timberi heyətinə qatmaq istəyir.

Bu barədə "The Guardian" məlumat yayıb. Bildirilib ki, Mançester təmsilçisi  20 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. "Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq oyunçunu yaxşı tanıyır.

Məhz niderlandlı mütəxəssisin rəhbərliyi altında Timber 2020-ci ildə "Ayaks"da debüt edib.

Qeyd edək ki, Timber ötən mövsüm Niderland çempionatında 30 oyunda 3 qol vurub, 2 qolun ötürməsini verib.