"Bavariya”dakı dövrüm başa çatıb"
Transfer

"Bavariya”dakı dövrüm başa çatıb"

  • 2022-05-31

Robert Levandovski "Bavariya"da daha oynamaq istəmədiyini bildirib.

Bu barədə Polşa millisinin üzvü mətbuat konfransı zamanı deyib: "Mənim "Bavariya"dakı dövrüm başa çatıb. Artıq bu klubda oynamağa davam etmək imkanını görmürəm. "Bavariya " ciddi klubdur və inanıram ki, onlar mənə mane olmayacaqlar. Mən daha burada oynamaq istəmirəm. Transfer ən yaxşı həlldir".

Qeyd edək ki,  Levandovski 2021/2022 mövsümündə bütün turnirlərdə "Bavariya"nın heyətində 50 oyunda 46 qol vurub.