"Liverpul" Dembele ilə danışıqlara başladı
Transfer

"Liverpul" Dembele ilə danışıqlara başladı

  • 2022-05-30

"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele İngiltərə Premyer Liqasında çıxış edə bilər.

"Diario Sport"a istinadən, "Liverpul " fransız futbolçunu gələn yay azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Mersisaydlıların nümayəndələri artıq yarımmüdafiəçinin meneceri ilə danışığa başlayıb.

Qeyd olunur ki, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp Sadio Manenin gedişi ehtimalı və Roberto Firminonu satmaq niyyəti ilə bağlı 2-3 hücumameyilli oyunçu ilə komandanı gücləndirmək istəyir. Alman mütəxəssis Dembele variantını çox bəyənir.

Qeyd edək ki, Dembele son mövsüm La Liqada  20 oyunda 13 məhsuldar ötürmə edib.