Kapitan "Real"dan ayrılır
Transfer

Kapitan "Real"dan ayrılır

  • 2022-05-30

"Real"ın futbolçusu Marselo bu yay Madrid klubundan ayrılacaq.

İspaniya mətbuatına istinadən, bu barədə braziliyalı müdafiəçi Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib: "Bəli, bu, mənim "Real"da son matçım idi".

Qeyd edək ki, 34 yaşlı oyunçu 2007-ci ildən Madrid təmsilçisində oynayır. Onun klubla müqaviləsi bu ilin iyunu başa çatır.