Ranqnik "Mançester Yunayted"də qalmayacaq - Rəsmi
Transfer

Ranqnik "Mançester Yunayted"də qalmayacaq - Rəsmi

  • 2022-05-30

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik İngiltərə klubunda məsləhətçi kimi çalışmayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rangnik ötən ilin dekabrında "Mançester Yunayted"in baş məşqçisi təyin olunanda bağlanan müqaviləsində belə bir bənd olub ki, o, 2021/2022 mövsümünün sonunda klub məsləhətçisi vəzifəsinə keçəcək. Aprelin sonunda Ranqnikin Avstriya millisinə rəhbərlik edəcəyi məlum olub. Avstriya Futbol Federasiyasından Ranqnikə qoyulan tələblərə görə, onun millidəki işi "Mançester Yunayted"dəki işi ilə alınmayacaq.

Qeyd edək ki, "Mançester Yunayted" 2021/2022 mövsümünü 6-cı yerdə tamamlayıb. Yeni mövsümdən komandanı Erik ten-Haq çalışdıracaq.