Ronaldo "Roma"da?
Transfer

Ronaldo "Roma"da?

  • 2022-05-29

"Mançester Yunayted"dən Ronaldo və ya "Yuventus"dan Paulo Dibala "Roma"ya keçə bilər.

"Il Messaggero"ya istinadən, klubun amerikalı sahibi Dan Fridkin Konfrans Liqasını qazandıqdan sonra ulduz oyunçu almaq və baş məşqçi Joze Mourinyonu yüksək profilli transferlərlə mükafatlandırmaq istəyir.

Bildirilib ki, bu ya Ronaldo, ya da Dibala ola bilər.

Ronaldo Mourinyonu "Real"la işlədiyi vaxtdan tanıyır. Oun gəlişi klubun həm iqtisadi, həm də idman baxımından inkişafına səbəb ola bilər. Lakin portuqaliyalı hücumçunun yüksək maaşı transferin qarşısını ala bilər.

Dibalanın transferi maliyyə baxımından daha asandır, amma hazırda "İnter" "Yuventus"la vidalaşan oyunçu uğrunda mübarizədə digər klubları qabaqlayır.