Kavani "Mançester Yunayted"dən ayrılır
Transfer

Kavani "Mançester Yunayted"dən ayrılır

  • 2022-05-28

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani bu yay klubdan ayrılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı oyunçu Mançester təmsilçisinin azarkeşləri ilə vidalaşıb:

"Klubun azarkeşlərinə təşəkkürdən başqa sözüm yoxdur. Klubda ilk gündən mənə böyük hörmət göstərdilər. Buradan həmişə mənə göstərdikləri məhəbbətlə bağlı xoşbəxt xatirələrlə ayrılıram".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2020-ci ilin payızında "PSJ"dən "Mançester Yunayted"ə keçib. Kavani "Mançester Yunayted"in heyətində 59 matçda 19 qol vurub. Onunla "Fiorentina"nın maraqlandığı bildirilir.