Keyn qərarını verdi
Transfer

Keyn qərarını verdi

  • 2022-05-27

"Tottenhem"in hücumçusu Harri Keyn gələcəyi ilə bağlı qərar verib.

"Evening Standard"a istinadən, ingilis futbolçu hazırkı klubu ilə müqaviləni uzatmaq niyyətindər. Bildirilib ki, Keyn baş məşqçi Antonio Kontenin rəhbərliyi altında komandanın irəliləyişindən heyran qalıb. O, italiyalı mütəxəssislə klubun uğur və kuboklar qazanacağına inanır.

Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqanın 37 oyununda 17 qol vurub və 9 qolun ötürməsini verib.