"Sevilya"dan İngiltərə klubuna - Rəsmi
Transfer

"Sevilya"dan İngiltərə klubuna - Rəsmi

  • 2022-05-27

"Sevilya"nın futbolçusu Dieqo Karlos karyerasını İngiltərədə davam etdirəcək.

Klubun rəsmi saytına istinadən, braziliyalı müdafiəçi "Aston Villa"ya keçir. Klublar arasında razılıq əldə olunub. Transferin digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Dieqo Karlo 2019-cu ildən "Sevilya"da çıxış edir.