Lionel Messi müqavilənin müddətini uzatmağa yaxındır
Transfer

Lionel Messi müqavilənin müddətini uzatmağa yaxındır

  • 2021-06-27

"Barselona" futbolçusu Lionel Messi ilə bu ay başa çatacaq müqavilənin müddətini uzatmağa yaxındır.

Jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb ki, klub rəhbərliyi və argentinalı hücumçunun ətrafı gələn həftə razılaşmanı elan edə biləcəklərinə əmindir.

Bildirilib ki, hazırda tərəflər 2023-cü ilə qədər hesablanan müqavilənin son təfərrüatlarını razılaşdırmağa çalışırlar.

Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 9 qolun ötürməsini verib.