Dibala transferi haqqında danışdı
Transfer

Dibala transferi haqqında danışdı

  • 2022-05-25

"Yuventus"la vidalaşan Paulo Dibala gələcəyi haqda açıqlama verib. 

"Sky Sports"da verirlən xəbərdə, 28 yaşlı hücumçu hələlik klub seçimi etmədiyini deyib: 

"Mənim gələcək klubum? Hələ heç nəyə qərar verməmişəm. Sabah İspaniyada olacağam. Sonra tətil edəcəyəm. Düşünməyə vaxtım olacaq. Özüm üçün ən yaxşı variantı seçəcəyəm".

Qeyd edək ki, Dibala bir neçə gün əvvəl "Yuventus"da son oyununu keçirib və komanda ilə vidalaşıb. Onunla "Arsenal" və "Nyukasl" maraqlanır.