Mbappe : "Liverpul ilə çox qısa müddət danışıq"
Transfer

Mbappe : "Liverpul ilə çox qısa müddət danışıq"

  • 2022-05-24

"Liverpul" PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək istəyib.

Bu barədə fransalı hücumçunun özü "Telegraph"a açıqlamasında deyib: "Liverpul"la çox qısa müddət danışıq apardıq. Bunun səbəbi anam idi. O, "Liverpul"u çox sevir və bu klubun azarkeşidir. Səbəbini bilmirəm, özündən soruşmalısınız. "Liverpul" çox böyük klubdur".

Qeyd edək ki, Paris təmsilçisi ilə bu ilin iyunu başa çatacaq müqaviləsin müddətini daha 3 il uzadan 23 yaşlı oyunçu "Real"ın təklifini rədd etmişdi.