Xavidən Levandovski açıqlaması
Transfer

Xavidən Levandovski açıqlaması

  • 2022-05-23

"Barselona"nın baş məşqçisi Xavi "Bavariya"nın hücumçusu Robert Levandovskinin mümkün transferi haqda danışıb.

O, "Sport.es"ə açıqlamasında bildirib ki, polşalı forvardın transferi asan deyil: "Levandovski seçimlərdən biridir. Danışıqlar gedir, onun müqaviləsinin bitməsinə bir il qalıb. Bu asan olmayacaq. Ancaq Laporta mənə dedi ki, heyəti gücləndirə bilərik, buna inam var. Biz plan hazırlamışıq və onun həyata keçirilməsinə nail olmağa çalışacağıq".

Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.